|
• Mənəviyyat • MənəviyyatƏməldə qüsur - Kumeyl duasının şərhiHal pisliyi «Hal pisliyi» dedikdə ən pis xəstəliklərdən olan əxlaqi çirkinliklər nəzərdə tutulur. Bəsirət əhlinin fikrincə bu xəstəlik insanı bir çox həqiqətlərin dərkindən, səadət və ilahi razılıqdan məhrum edən bir hicabdır. "Mutəffifin” surəsinin 15-ci ayəsində oxuyuruq: "Xeyr, o gün onlar Rəbbinin mərhəmətindən məhrum olacaqlar.” Allah-Taala gözəl əxlaqa bütün digər vəzifələrdən daha təkidlə tövsiyə edir. "Şəms” surəsində on bir dəfə and içildikdən sonra əxlaqlı insanların əbədi səadətə çirkin əxlaqlıların isə ümidsizliyə qovuşacağı buyurulur: "Nəfsini təmizləyən mütləq nicat tapacaqdır; onu çirkləndirən isə əlbəttə ziyana uğrayacaqdır.” ("Şəms”, 9-10.) Bəsirət gözünün korluğu, həqiqətdən uzaqlıq, haqqa münasibətdə karlıq, rəhmət qoxusunu duymamaq hal pisliyi əlamətlərindəndir. Həzrəti Peyğəmbər (s) buyurur: "Mömində iki xasiyyət ola bilməz: xəsislik və pis əxlaq.”("Şərhe-Nəhcül-Bəlağə”, 6-337.) Həzrət Əli (ə) buyurur: "Pis əxlaqdan da qorxunc bir dəhşət yoxdur.”(Ğurərul-hikəm”, 265.) "Ən pis yoldaş pis əxlaqdır.”(Ğurərul-hikəm”, 264.) İslam Peyğəmbəri (s) buyurur: "Şübhəsiz ki, bəndə pis əxlaqına görə Cəhənnəmin lap dibinə enəcəkdir.”("Məhəccətul-bəyza”, 5-93.) Əməldə qüsur Əgər insan səadətə mənəvi kamilliyə Behiştə çatmaq istəyirsə öz əməllərini Quran və Əhli-beyt (ə) göstərişlərinə uyğunlaşdırmalı, zəruri şərtlərə əməl etməlidir. Əgər əməllər mərifət libası geyməmişsə Allahın istəyincə deyilsə sevgi və məhəbbətlə yerinə yetirilmirsə onda riya, tamah, təkəbbür, düşmənçilik varsa, bu əməllərə ümid etmək olarmı?! Onlar insanı nicat sahilinə çıxara bilərmi?! Böyük mənəvi sərmayəyə malik olan Həzrət Əli (ə) öz münacatında göz yaşları axıdaraq deyir: "Aman ehtiyatın azlığı, səfərin uzunluğu və yolun qorxusundan!”("əl-Mənaqib”, 2-103.) Əsl bəndəlik eşqi və ixlasını dərindən dərk etmək üçün övliyaların həyatını əks etdirən kitablar oxumaq faydalıdır. İnsan bu yolla qəlbində mərifət çırağı yandırıb mənəvi həyatın zövqlərini əldə edə bilər. Şəhid Qazi Nurullah Şüştəri "Məcalisul-muminin” kitabında belə rəvayət edir: Üveys Qərən gecələrin bir qismində "bu, rüku gecəsidir” deyib, həmin gecələri rüku halında keçirər, digər qismini də "bu səcdə gecəsidir” deyib, həmin gecələri səcdə halında başa vurardı. Soruşurlar ki, - "Uzun gecələrin rükusu, səcdəsi səni yormurmu?” Cavab verir: "Kaş bütöv həyat bir gecə olaydı və onu bir səcdə ilə sona çatdıraydım!” Zəncirlər və buxovlar Bəsirət əhli "və qəədət bi əğlali” cümləsi haqqında deyirlər: "Əğlal” insanı hərəkətdən saxlayıb oturdan böyük günahlara işarə ola bilər. Bu günahlar insanı ibadət imkanından məhrum edir, onu məhrumiyyət uçurumuna yuvarladır. Həzrət Əli (ə) "Mən əvvəllər namaz və gecə nafiləsi qılırdım, indi bu tofiqdən məhrum olmuşam” deyən kişiyə belə buyurdu: "Günahların səni buxovlayıb.”("Kafi”, 3-450.) "Əğlal” dünyaya hədsiz bağlılıq da ola bilər. Bu bağlılıq insanı kamillikdən, mənəviyyatdan, saleh əməllərdən kənarlaşdırır. "Əğlal” insanı əsl məqsəddən yayındıran mənasız məşğuliyyətlər də ola bilər. Həzrət Peyğəmbər (s) buyurur: "Faydasız işləri boşlamaq insanın İslamının gözəl olmasındandır.”("Biharul-ənvar”, 1-150.) "Və həbəsəni ən nəf'i bu'du amali” ("Uzun-uzadı arzular məni faydalardan saxladı.”) Ardı var... Əvvəli: http://ahlibeyt.az/news/a-10203.html "Kumeyl duasının şərhi” (ixtisarla)
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyun, 2022 14:38 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |