|
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibPrezident İlham Əliyev qarşıdan gələn Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Ahlibeyt.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli həmvətənlər! Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları gözəl niyyətlər və savab əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq və bərabərlik yoluna dəvət edir. Bu ayda müsəlmanlar oruc tutmaqla Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi kamilliyə ucalmaq fürsəti qazanırlar. Orucluq mərasimləri bütün İslam aləmində olduğu kimi, Azərbaycanda da hər il böyük fərəh və məmnunluq hissi ilə keçirilir. Ölkəmizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən Ramazan ayında dövlətimizin rifahı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad olunur. İnanıram ki, insanların qəlbini və ruhunu ilahi hikmətlərlə nurlandıran mübarək Ramazan günlərində dua və diləkləriniz, saf niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Əziz bacı və qardaşlarım! Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram. Allah orucunuzu və dualarınızı qəbul etsin. Ramazan bayramınız mübarək olsun!"
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Mart, 2025 18:37 ⁄ Çap
Bu bölmədə26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |