|
|
İran XİN müavini: Artıq Azərbaycanda yeni reallıq mövcuddurArtıq Azərbaycanda yeni reallıq mövcuddur. 30 ildən çox işğal altında olan torpaqlarını azad etməsi münasibətilə Azərbaycanı təbrik edirəm. Bu sadəcə milli məsələ deyil, eyni zamanda, regional əhəmiyyət kəsb edir. Biz istər emosional, istərsə də siyasi zəmində buna mühüm əhəmiyyət veririk. Ahlibeyt.az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, bu sözləri İranın Xarici İşlər Nazirinin müavini, Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Kazım Səccadpur Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə-İran arasında üçtərəfli münasibətlər” mövzusunda keçirilən konfransda bildirib. “Analitik mərkəzlər siyasi məsələlərin, münasibətlərin zəminində mühüm yer tutur. Bu konfrans da araşdırma və beyin mərkəzlərinin görüşüdür. Bu onu ifadə edir ki, biz region barədə, mövcud ikitərəfli münasibətlərin daha səmərəli üçtərəfli formata çevrilmə potensialı barədə düşünürük. Ona görə də bu görüşün hamımız üçün böyük əhəmiyyəti var. Bizim Azərbaycanla ikitərəfli münasibətlərimiz yaxşıdır, eyni zamanda, bu, Türkiyə ilə də belədir. Ümid edirəm ki, bu konfransda biz daha səmərəli regional əməkdaşlığı müzakirə edəcək, istər beynəlxalq, istərsə də regional analizlərimizi, təhlillərimizi paylaşacağıq. Bu, istər ikitərəfli, istərsə də üçtərəfli münasibətlərin daha da dərinləşməsinə səbəb olacaq”, - deyə Məhəmməd Kazım Səccadpur qeyd edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Sentyabr, 2021 12:45 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
9 Dekabr, 2025 10:56
27 Sentyabr, 2025 11:10
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |