|
|
İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndələri Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib - FOTOOmbudsman Səbinə Əliyeva, Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və Pakistan Ombudsmanının müşaviri Muhammad Javed Ghani Şəhidlər xiyabanını ziyarət ediblər. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, qonaqlar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad ediblər. Qeyd edək ki, Türkiyə və Pakistan Ombudsman heyətləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın dəvəti ilə Azərbaycana səfərə gəliblər. Daha sonra nümayəndə heyəti Türk şəhidliyini ziyarət edib. Onlar Bakının azad olunmasında bolşevik-erməni daşnak qoşunlarına qarşı mübarizədə şəhid olmuş türk əsgərlərinin xatirəsini yad ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2021 11:31 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |