إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycan Təbrizdəki baş konsulluq qarşısında aksiyalar keçirilməsindən narahatdır

   
“Xarici İşlər Nazirliyi Azərbaycanın Təbrizdəki baş konsulluğunun binası qarşısında keçirilən aksiyaların intensivləşməsindən narahatdır”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat katibi Elman Abdullayev bu gün keçirdiyi brifinqdə deyib.

E. Abdullayev Azərbaycan və İranın qədim tarixi ənənələrə, birgə tarixi köklərə malik dövlətlər olduğunu xatırladaraq bunları deyib: “Təəssüf edirik ki, bu aksiyaların arxasında
münasibətlərimizə xələl gətirən qüvvələr dayanır. Bu dairələr Azərbaycan və İran əlaqələrinin inkişafında maralıq deyil. Biz dəfələrlə qeyd etmişik ki, Azərbaycan öz siyasi qərarlarını qəbul edərkən heç kimlə məsləhətləşmir. Biz İranla münasibətlərimizi mehriban qonşuluq prinsipləri əsasında qururuq. Bu prinsipdə isə bir-birinin daxili işlərinə qarışmamaq nəzərdə tutulur. Buna bərabər şəkilli qonşuluq münasibətləri deyilir”.

E. Abdullayev bütün müsəlman aləminin, beynəlxalq ictimaiyyətin, İslam Konfransı Təşkilatının Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyini, Ermənistanı təcavüzkar ölkə kimi tanıdığını xatırladıb: “Müsəlman aləmi, İslam Konfransı Təşkilatı Azərbaycan xalqının faciələri, torpaqlarının işğalı ilə bağlı dəfələrlə sənədlər və qətnamələr qəbul edib. Bu göstərir ki, müsəlman aləmi Azərbaycan faciəsinə biganə deyil. Təəssüf ki, İranda Azərbaycan konsulluğu qarşısında aksiya keçirənlərin arxasında dayanan dairələr hər iki tərəfə, o cümlədən İran-Azərbaycan münasibətlərinə zərbə vurur”.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 May, 2012  21:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!