إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

MTN Bakıda bir neçə antiterror əməliyyatı keçirdi

Milli Təhlükəsizlik Nazirliyinin radikal dini qruplaşmalara qarşı əməliyyatları davam edir. Mayın 15-də metronun “Neftçilər” stansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsində əməliyyat keçirməsi barədə məlumat vermişdik. Bu barədə “Qafqazinfo” məlumat verir.

Əməliyyatlar bu gün də davam etdirilib. Bu gecə isə “Qara Qarayev” metrostansiyasının yaxınlığında, “Praqa” restoranın qarşısında silahlı qruplaşmaya qarşı növbəti əməliyyat həyata keçirilib. Xüsusi-xidmət orqanı əməkdaşları radikal dini qruplaşmanın 2 üzvünü məhv edib, bir neçə nəfəri isə yaralanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dini qruplaşmanın bir neçə üzvü zərərsizləşdirilib.

“Neftçilər” metrosu yaxınlığındakı əməliyyat zamanı güc strukturlarına silahlı müqavimət göstərən dəstənin 2 üzvü məhv edilib, bir neçəsi isə xəsarət alıb. Dəstə üzvlərinin hamısı saxlanılıb. Hüquq-mühafizə orqanları əməkdaşlarından xəsarət alanların olduğu deyilir.

Facebookda yayılan məlumatlarda isə bildirilir ki, “Neftçilər” stansiyası yaxınlığında silahlı şəxslər yoldan keçən sakinlərə atəş açıblar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 May, 2012  21:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!