|
• DünyadaBMT-nin rəhbəri Qlobal Vaksinləmə Planı qəbul olunmasını təklif edirCOVID-19 koronavirusu 4 milyon insanın həyatına son qoyub. Eyni zamanda, virus sürətlə yayılmaqdadır. Bu isə o deməkdir ki, hələ milyonlarla insanın həyatı təhlükədədir. Ahlibeyt.az-ın xəbərinə görə, BMT-nin rəsmi saytında məlumat verilir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edib. O, vaksinlər istehsalını ikiqat artırmağa və onların bütün dünyada bərabər paylanmasını təmin etməyə çağırıb. A.Quterreş bildirib ki, bu gün dünyada COVID-19 pandemiyası ilə bağlı daha bir kədərli rekord müəyyən edilib: "Artıq 4 milyon insan bu virusdan həyatını itirib. Bu faciəli göstərici planetdə hər üç ölkədən birinin əhalisinin ümumi sayından çoxdur. Hindistanda koronavirusun yenidən baş qaldırması əyani şəkildə göstərdi ki, mümkün qədər çox insanın mümkün qədər tezliklə vaksinlənməsi vacibdir". BMT rəhbəri daha sonra qeyd edib ki, vaksinlərin sayəsində “ümid işığı” yaranıb, lakin virusun yayılma sürəti vaksinlərin istehsalını və bölgüsünü qabaqlayır: “Bu pandemiya başa çatmaqdan hələ çox uzaqdır: onun qurbanlarının yarıdan çoxu bu il ölüb. Əgər virusun meşə yanğını kimi yayılmasına imkan versək, hələ milyonlarla insan təhlükəli vəziyyətdə olacaq. Virusun yayılma sürəti artdıqca daha yoluxucu, daha ölümcül və mövcud vaksinlərin səmərəsini heçə endirə biləcək yeni ştamlar bir o qədər çoxalır". BMT Baş katibinin fikrincə, immunlaşmada kəskin fərqləri aradan qaldırmaq üçün Qlobal Vaksinləmə Planı lazımdır. Bu Plan çərçivəsində əsas platforma kimi COVAX təşəbbüsündən istifadə etməklə vaksinlər istehsalı ikiqat artırılmalı, onların ədalətli bölgüsü təmin edilməli, Planın həyata keçirilməsi və maliyyələşdirilməsi prosesləri əlaqələndirilməli, vaksinlərə etimadsızlıq kimi ciddi problem həll edilməlidir. Antonio Quterreş bu Planın həyata keçirilməsi üçün fövqəladə məqsədli qrup yaratmağa çağırıb. Həmin qrupa vaksin istehsal etmək imkanlarına malik olan bütün ölkələr, habelə Ümumdünya Səhiyyə Təşkilatı, Vaksinlər üzrə Qlobal Alyans, müvafiq əczaçılıq şirkətləri və istehsalçılar ilə işləyə bilən beynəlxalq maliyyə müəssisələri daxil olmalıdır. “Vaksinlərin ədalətli bölgüsü bizim zəmanədə çox böyük və təxirəsalınmaz mənəvi sınaq, həm də praktiki zərurətdir. Hamı peyvəndlənməsə hər birimizi təhlükə gözləyir”, - deyən Baş katib vurğulayıb ki, pandemiyaya son qoymaq üçün hamımız birgə hərəkət etməliyik.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyul, 2021 10:55 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |