|
Nəsimi rayonunda çağırışçı gənclər müqəddəs “Qurani-Kərim”in altından keçib, üçrəngli Azərbaycan bayrağını öpərək hərbi xidmətə yola düşüblərPrezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmətdən hərbi qulluqçuların ehtiyata buraxılmasına dair Sərəncamının icrası ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsi ilə birgə təntənəli tədbir keçirib. Ahlibeyt.az-ın xəbərinə görə, Nəsimi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayon ağsaqqallarının, ictimaiyyət nümayəndələrinin, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərin iştirakı ilə keçirilən tədbirdə həqiqi hərbi xidmətə yola salınan gənclər və onların ailə üzvləri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Bayrağı gətirildikdən sonra tədbirdə Azərbaycan dövlət nəfəs alətləri orkestrinin müşayiəti ilə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib. Həqiqi hərbi xidmətə yola düşən çağırışçılar hərbi marşın sədaları altında səhnəyə daxil olublar. Rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bildirib ki, müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altındakı torpaqlarımızı mənfur düşməndən azad edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu zəfər tariximizə qızıl hərflərlə yeni səhifə yazıb. Hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tariximizin ən şərəfli günlərini yaşayan respublikamız dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Hərbi xidmətə yola salınan gənclərə arzularını bildirən Asif Əsgərov vurğulayıb ki, hazırda orduda maddi-texniki təchizatla yanaşı, əsgərlərimizin döyüş ruhu və nizam–intizamı olduqca yüksəkdir. Tarixi həqiqətdir ki, Dövlət–Xalq–Ordu birliyi əsgər və zabitlərin döyüş ruhunu artırır. Rayon icra hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri tez–tez cəbhə bölgələrində olaraq əsgərlərimizlə görüşlər keçirirlər. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinin rəisi Namiq Hüseynov və şəhid atası Ceyhun Kərimov çağırışçı gənclərə Vətənə ləyaqətlə xidmət etməyi tövsiyə ediblər. Sonra rayon tədbirlərində fəal iştirakına görə Azərbaycan dövlət nəfəs alətləri orkestrinə fəxri fərman təqdim olunub. Sonda çağırışçılar müqəddəs “Qurani-Kərim”in altından keçib, üçrəngli Azərbaycan bayrağını öpərək hərbi xidmətə yola düşüblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyul, 2021 08:30 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |