إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Belaruslu xanım İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi

Belarusdan olan gənc xanım İmam Rzanın (ə) müqəddəs ziyarətgahında İslam dinini qəbul edib.

Ahlibeyt.az-ın İQNA-ya istinadən məlumatına görə, xristian dini ardıcılı olan xanım müqəddəs Məşhəd şəhərinə səfəri zamanı İmam Rzanın(ə) hərəmini ziyarət edərək rusdilli dini mütəxəssislərlə görüşüb.

Görüş zamanı belaruslu xanımın İslam dininin qəbul edilməsi şərtləri, Cəfəri fiqhi əsasında İslami davranış və prinsipləri ilə necə tanış olmaq barədə verdiyi sualları cavablandırılıb.

Araşdırma və təhlildən sonra belaruslu xanım Cəfəri məzhəbinə əsaslanan İslam dini ardıcılı olmaq qərarına gəlib.

Mərasimin sonunda ona İmam Rzanın (ə) Müqəddəs Ziyarətgahının Xarici Zəvvarlarla İş üzrə müdir müavini tərəfindən mübarək hədiyyələrlə yanaşı İslamı qəbul etməsilə bağlı bir sənəd verilib.


 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyul, 2021  09:39 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!