إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Pakistanın baş naziri İmran Xan Kanadada müsəlman ailələrinə hücumla bağlı paylaşım edib

Baş nazir İmran Xan Pakistan əsilli müsəlman ailənin Kanadada islamofobiya və irqçilik zəminində hücuma məruz qalıb öldürülməsini pisləyib.

Ahlibeyt.az SalamNews-a istinadən xəbər verir ki, İmran Xan bu barədə rəsmi tvitter səhifəsində yazıb.

O, ötən gün Kanadada 5 nəfərdən ibarət Pakistan əsilli müsəlman ailənin islamafobiya zəminində hücuma məruz qalmasını kəskin pisləyib və buna görə dərin narahatlıq keçirdiyini bildirib.

Cinayətin, son zamanlarda Qərbdə islamofobiyanın yenidən şiddətlənməsinin göstəricisi olduğunu deyən İmran Xan dünya dövlətləri və ictimaiyyətini bu kimi düşüncələrə qarşı ciddi şəkildə mübarizəyə çağırıb.

Qeyd edək ki, ötən gün Kanadanın Ontario əyalətinin London şəhərində bir müsəlman ailəsi yük maşınının altına salınaraq öldürülüb. Kanada polisi bildirib ki, yol kənarında duran 5 nəfərdən ibarət müsəlman ailə məqsədli şəkildə yük maşınının hücumuna məruz qalıb. Hücum nəticəsində ailənin dörd üzvü həyatını itirib və ailənin kiçik üzvü doqquz yaşlı uşaq yaralanıb. Polis yük maşınını idarə edən gənci ələ keçirdiyini, hadisənin irqçilik və islamofobiya zəminində baş verdiyini ehtimal edir.


 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyun, 2021  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!