|
• DünyadaUNESCO-nun baş direktoru Kəlbəcərdə azərbaycanlı jurnalistlərin ölümündən dəhşətə gəldiyini bildiribUNESCO-nun baş direktoru Odre Azule media nümayəndələri – Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun Kəlbəcərdə minaya düşərək həlak olmalarını pisləyib. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, UNESCO-nun baş direktoru jurnalistlərin faciəli ölümündən təəssüfləndiyini və dəhşətə gəldiyini bildirib. O qeyd edib ki, jurnalistlər peşə fəaliyyətlərini təhlükəsizlik şəraitində yerinə yetirə bilməlidirlər. UNESCO-nun rəsmi internet səhifəsində yerləşdirilən bəyanatda qeyd edilib ki, media nümayəndələri peşə vəzifələrini yerinə yetirmək məqsədilə nəqliyyat vasitəsi ilə səfər edərkən tank əleyhinə minaya düşüblər. Partlayış nəticəsində Məhərrəm İbrahimov və Sirac Abışov, eləcə də rayon rəsmisi Arif Əliyev həlak olub. Partlayış nəticəsində daha dörd nəfər isə yaralanıb. UNESCO xüsusilə BMT-nin Jurnalistlərin Təhlükəsizliyi və Cəzasızlıq Məsələləri üzrə Fəaliyyət Planı çərçivəsində qlobal maarifləndirmə və bir sıra digər tədbirlər vasitəsilə jurnalistlərin təhlükəsizliyini təbliğ edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyun, 2021 10:25 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |
|