إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Nur-Sultanda Dünya və Ənənəvi Dini Liderlərin VII Qurultayı 2022-ci ildə keçiriləcək

Qazaxıstanda bu ilin iyununda keçirilməsi planlaşdırılan Dünya və Ənənəvi Dini Liderlərinin VII Qurultayı 2022-ci ilə təxirə salınıb.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu bərədə Qazaxıstan Parlamenti Senatının mətbuat xidməti məlumat yayıb. Qurultayın təxirə salınmasının səbəbi ölkədə epidemioloji vəziyyətlə bağlıdır.

Məlumatda bildirilir ki, Qazaxıstanda və dünyada epidemioloji vəziyyətlə əlaqədar qurultay 2022-ci ilə təxirə salınıb. Tədbirin dəqiq tarixi qarşıdakı günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, Dünya və Ənənəvi Dini Liderlərin VII Qurultayının 2021-ci il iyunun 15-16-da Nur-Sultanda keçirilməsi nəzərdə tutulmuşdu. Qurultay 3 ildən bir keçirilir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 İyun, 2021  10:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!