إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Fələstinli hərəkatların müqaviməti və beynəlxalq təzyiqlər nəticəsində İsrail atəşkəsi qəbul edib

İsrail-Qəzza cəbhəsində atəşkəs elan edilib.

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews Əl-Cəzirəyə istinadla xəbər verir ki, Misir, ABŞ və İordaniya kimi beynəlxalq tərəflərin vasitəçiliyi ilə ötən gün İsrail-Qəzza cəbhəsində atəşkəs elan edilib.

İsrail hökuməti ötən gün üç saatlıq müzakirələrin ardından atəşkəsə boyun qoyub.

Razılaşmaya əsasən atəşkəs 21 may gecə saat 02.00-dan qüvvəyə minib.

İsrail daxilində bəzi partiyalar Benyamin Netanyahu hökumətini atəşkəsə getdiyinə görə tənqid ediblər.

Qeyd edək ki, bu 11 günlük qarşıdurmada İsrailin Aşkelon, Aşdod, Beer-Şava, Sderot hətta paytaxt Təl-Əvivə çoxlu sayda raket düşüb. Bu raketlər qeyd edilən şəhərlərdə və digərlərində ciddi dağıntılara səbəb olub. İsrailə beynəlxalq uçuşlar dayanıb və bəzi elektrik, neft və qaz kimi enerji xətlərinin işində dayanmalar və ya fasilələr baş verib. Bu qarşıdurmada İsraildə 14, Qəzzada isə 230 nəfərin öldüyü bildirilir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 May, 2021  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!