|
|
İran səfirliyinin Mədəniyyət Mərkəzinin Şərqşünaslıq İnstitutuna hədiyyə etdiyi kitabların təqdimatı olubİran İslam Respublikasının Azərbaycandakısəfiri Şərqşünaslıq İnstitutuna hədiyyə olunan kitabların təqdimatında iştirak edib. Ahlibeyt.az-ın AMEA-nın saytına istinadən xəbərinə görə, səfir Seyid Abbas Musəvi və Səfirliyin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcan AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda müəssisənin direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb. G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunun elmi istiqamətləri barədə məlumat verərək, iranşünaslıq sahəsində aparılan tədqiqatlardan, görkəmli alimlərimizin elmimizə bu sahədə verdikləri böyük töhfələrdən danışıb. Ölkələrimiz arasında elm və təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu deyən akademik bu cür görüşlərin hər iki tərəfin elmi əlaqələrinin genişlənməsinə böyük fayda verdiyini qeyd edib. Seyid Abbas Musəvi Azərbaycan – İran əlaqələrindən danışaraq elmi əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Daha sonra İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən Şərqşünaslıq İnstitutuna hədiyyə edilən kitabların təqdimatı olub. Gövhər Baxşəliyeva kitabları təqdim etdiklərinə görə İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəviyə və İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcana təşəkkürünü bildirərək, bu kitabların iranşünas alimlərin elmi tədqiqatları üçün faydalı olacağına əminliyini bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 May, 2021 16:05 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |