|
Amerika messionizmiAmerika messionizmi İngiltərə müstəmləkəsi olan ABŞ ərazisi metropoliyada rahat yaşaya bilməyən təriqətçilər üçün əsl cənnət idi. Onlar bura köçür, burada qəsəbə salır və öz qanun-qaydaları ilə yaşayırdı. Həmin təriqətçilər arasında ən mühümü puritanlar idi. İngilis burjua inqilabı zamanı bir sıra puritan icmaları yeni dünya yaratmaq üçün Şimali Amerika müstəmləkələrinə köç etdir və gələckdə bu müstəmləkələrin müstəqilliyinə nail olurlar. Puritanlığın əsas qayəsi “ilahi qədər” idi ki, bu etiqad, hər bir insanın alnına özünəməxsus missiyanın yazıldığını nəzərdə tuturdu. Missiyalarını xristinlığa İncil dönəmindəki təmizliyi qaytarmaqda görən puritanlar özlərini “Tanrının seçilmiş milləti”, Amerikanı isə “yeni vəd olunmuş torpaq” adlandırırdılar. Puritanlar özlərini Əhdi-Ətiqdəki Bəni-İsraillə, Britaniyanın Şimali Amerika müstəmləkələrini isə Fələstinlə müqayisə edirdilər. Amerikalılar prezident Kennedinin hakimiyyətinə qədər özlərini Bəni-İsrailin təcəssümü olduğunu açıqca söyləyirdilər. Xatırladaq ki, Bəni-İsrail və İsrail terminləri Əhdi-Ətiqin xilaskar vədi ilə bağlıdır. Beləki, Bəni-İsrail İsrailə üçüncü dəfə qayıdıb hakimiyyət qurduqda onların yer üzündə hökmranlığı bərqərar, onlar isə dünya xalqlarının “çobanı” olacaq. ABŞ istiqlaliyyətə məhz protestantların əli ilə çatdı və ABŞ-ın xarici-siyasi doktrinası məhz protestantlıq təlimləri əsasında müəyyən edildi. “Manifest Destiny” (“Aşkar qədər”) amerikan ekspansionizminə bəraət qazandıran bir ideyadır. Bu ideyaya əsasən, ABŞ yer üzünə azadlıq gətirən bir ölkədir və bu missiya onun qaçılmaz taleyidir. Amerikalılar inanırlar ki, Tanrı xeyirin yayılması və şərrin aradan aparılması hüququnu onlara verib. Amerikanın qlobal siyasi səhnəyə çıxmasında da məhz “Manifest Destiny” həlledici rol oynadı. İkinci dünya müharibəsi zamanı konqresə bu ideyaları xatırladan Ruzvelt ABŞ Monro doktrinasından imtina edərək öz “İlahi missiyasını” reallaşdırmağa başladı. Müasir zamanda fövqəldövlət kimi tanınan ABŞ və Rusiya imperiya qurmalarını tam təbii hal sayırlar – bu onların tarixi haqqıdır. Qədim tarixdə Avropada iki güclü sivilizasiya mövcud olub – Yunan və Roma. Yunanıstanın Roma tərəfindən işğalı, vahid Roma İmperiyasının qurulması və xristianlığın dövlət dininə çevirilməsi ilə iki sivilizasiya arasında mübadilə və yaxınlaşma baş verdi. Romalılar özlərini hər cəhətdən təqlid olunası millət sayırdılar. Öncə qeyd olunduğu kimi, romalılar hətta öz hüquq sistemini təbii hüquqa əsaslandığını iddia edir və sistemin alternativsiz və mükəmməl olduğuna inanırdılar. İstər iqtisadi münasibətlər, istər dövlət quruculuğu, istərsə də mədəniyyət baxımından hamı Roma imperiyasına oxşamalı idi, əks təqdirdə barbarlar (qeyri-yunan və qeyri-romalılar) inkişaf edə bilməzdilər. Amma Roma imperiyası elə barbar və vandal tayfalarının hücumu nəticəsində süqut edir. Roma papalarının səyi nəticəsində yeni ölkələr xristianlıq əsasında mədəni vəhdətini qoruya bildi. Amerikalı mütəfəkkirləri ABŞ-la Qədim Roma analogiya çəkməyi xoşlayırlar. Pax Romana kimi müasir Qərbdə Pax Americana (latınca - Amerika dünyası) yaradıldı. Bütün bu “paks”lar nə anlamına gəlir? Qeyd olunan imperiyalar sadəcə olaraq özəl idarəçilik üsulu və ya hərbi-iqtisadi qüdrət sayəsində mövcud deyildilər. Onların əsas silahı mədəniyyət idi. Qədimdə fəth olunmuş xalqlar metropoliyanın inandığına inanmalı, onun dilində danışmalı, metropoliyadakılar kimi davranmalı, geyinməli, yeməli, onların adətlərini mənimsəməli idilər ki, imperiya ərazisndə vahid mədəniyyət yaransın və onun hökmranlığının davamlığı təmin olunsun. Bunun üçün yalnız metropoliya istehsal hüququna malik olmalı, müstəmləkələr isə xammal mənbəyi rolunu oynamalıdırlar, özüdə yalnız iqtisadi müstəvidə deyil, hər cəhətdən belə olmalıdır. Tabe olan xalqın istehsal etmə qabiliyyəti boğulmalıdır ki, o imperiyaya möhtac olsun. Lakin artıq XXI əsrdə Amerika hegemon rolunu oyanaya bilmir. Sələfləri Roma və Britaniyanın üzləşdiyi problemlər ABŞ-a üz tutub. Çünki bir imperiya nüfuz dairəsini genişləndirdikcə hadisələr üzərində nəzarətini itirir, özü hadisələrin qurbanına çevirilir. “Gələcək axtarışında” kitabından çıxarışlar əsasında hazırlanıb (ardı var) Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 May, 2012 22:00 ⁄ Çap
Bu bölmədə25 Fevral, 2024 Bu gün İmam Zamanın (ə.f) mübarək mövlud günüdür8 Mart, 2023 İmamın intizarının dəyəri haqqında24 Aprel, 2019 Zühurun intizarında olan şəxsin məqamı6 Mart, 2019 İmam Zamanın (ə) zühurunu Allahdan diləyin... |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |