إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rəcəb Tayyib Ərdoğan: Bir çox yerdə ermənilərin məhv etdiyi türklərin kütləvi məzarlığı olduğu halda, heç bir yerdə erməni kütləvi məzarlığı yoxdur

ABŞ Prezidenti Bayden bir əsrdən çox əvvəl baş verən ağrılı hadisələr barədə əsassız, ədalətsiz və real olmayan açıqlamalar verdi. Tarixi proseslərin araşdırılması və əsl həqiqətlərin ortaya çıxarılması siyasətçilərə deyil, tarixçilərə tapşırılmalıdır... Ermənistanın Azərbaycana qarşı işğalının dəhşətli nəticələri ortada olduğu halda türkləri soyqırımında ittiham etmək haqsızlıq və ədalətsizlikdir.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə müraciətində deyib.

“Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevlə Ermənistanla əldə olunan anlaşmaya dair və son proseslərlə bağlı telefon danışığı apardıq”, - deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, uzun illər həllini tapmayan məlum problemin aradan qaldırılması üçün ən gözəl cavabı Qarabağda birlikdə vermişik. Qarşıdakı günlərdə bu istiqamətdə atacağımız növbəti addımları müəyyən edəcəyik.

Otuz il əvvəl Azərbaycan torpaqlarında törədilənlərin ortada olduğunu diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Problemin həlli üçün ABŞ, Rusiya və Fransanın təmsilçiliyi ilə yaradılan Minsk qrupu heç bir iş görmədi. Bu işğal nəticəsində bir milyondan çox azərbaycanlı öz yurdundan qaçqın düşdü. Həmin bölgədə bütün varlığı, binaları, tarixi dağıdıb yandırdılar”.

Birinci Dünya müharibəsinin yaratdığı acıları söyləyən Türkiyə Prezidenti bildirib ki, bir çox yerdə ermənilərin məhv etdiyi türklərin kütləvi məzarlığı olduğu halda, heç bir yerdə erməni kütləvi məzarlığı yoxdur.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Aprel, 2021  14:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!