|
|
QMİ sədri Allahşükür Paşazadə və dini icma rəhbərlərinin Ağdama səfəri başlayıb (FOTO)Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və ölkədəki dini konfessiyaların rəhbərlərinin Ağdama səfəri başlayıb. Ahlibeyt.az-ın Tren-ə istinadən məlumatına görə, səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Feketen, Alban udi dini icmasının rəhbəri Robert Mobili və Pravoslav kilsəsinin nümayəndələri iştirak edirlər. Səfər çərçivəsində QMİ sədri və dini konfessiya rəhbərləri Bərdə şəhərindəki Şəhidlər xiyabanını və Bərdədə Cümə məscidini ziyarət ediblər. Qeyd olunur ki, daha sonra Ağdama səfər edəcək QMİ sədri və dini konfessiya rəhbərləri Ağdamın Cümə məscidini ziyarət edərək orada namaz qılacaqlar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Aprel, 2021 11:03 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |