|
Bakı İslam Universitetinin 3500-dən çox tələbəsinin işinə Ali Məhkəmədə baxılırBakı İslam Universitetinə 2010-cu ilə qədər qəbul olunmuş tələbələrə Təhsil Nazirliyi tərəfindən diplom blanklarının verilməməsi ilə bağlı məsələ bir müddətdir cəmiyyətdə müzakirə olunur. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Oxu.Az-a açıqlamasında deyib ki, bu problem həmin dövrə qədər təhsil almış tələbələrin dövlət işinə qəbul edilməsinə, magistratura və doktorantura pilləsində təhsil almasına da müəyyən çətinliklər yaradır. Təhsil Nazirliyi Bakı İslam Universitetinin 2009-cu ilə qədər lisenziyasız fəaliyyət göstərməsini əsas gətirir. Nazirlik bildirir ki, həmin ali təhsil ocağına tələbə qəbulu daxili müsahibə yolu ilə aparılıb. Məzunlara verilən diplom blanklarının Təhsil Nazirliyi tərəfindən təqdim edilməməsi, Attestasiya Komissiyasının sədrlərinin Təhsil Nazirliyi tərəfindən təyin edilməməsini əsas gətirir. Bu səbəbdən 2010-cu ilə qədər qəbul olunmuş tələbələrə Təhsil Nazirliyi tərəfindən diplom blankları verilmir. Deputat C.Məmmədov hesab edir ki, Təhsil Nazirliyinin mövqeyi qanunvericiliyə və konkret faktlara əsaslanır. “Ancaq bu da reallıqdır ki, universitetin 3500-dən artıq məzunu öz diplomlarını təsdiqlədə bilmədiyindən yuxarıda qeyd etdiyim kimi dövlət qurumlarında çalışa və növbəti mərhələlərdə təhsillərini davam etdirə bilmirlər”, - deyə C.Məmmədov əlavə edib. O bildirib ki, problemlə bağlı ortaq məxrəcə gəlinərək həll yolu tapılmalıdır. Millət vəkili təklif edib ki, tələbələrin işlərinə fərqli yanaşılması məsələsi də nəzərdən keçirilə bilər: “Əgər hansısa neqativ hal varsa, o məsələyə fərdi yanaşıla bilər”. Deputat bildirib ki, hazırkı mərhələdə məhkəmə yolu ilə həll variantı aktualdır və artıq məsələyə Ali Məhkəmədə baxılır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Mart, 2021 11:52 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |