إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyə və Rusiya Xarici İşlər Nazirliyi “Moskva” anlaşmasının 100 illiyi ilə bağlı açıqlama veriblər - VİDEO

Türkiyə ilə Rusiya arasında 1921-ci il martın 16-da imzalanan “Dostluq və qardaşlıq” anlaşması (Moskva anlaşması) türk-rus əlaqələrində mühüm yer tutur. İki ölkə arasında diplomatik əlaqələrin qurulmasından bir il sonra imzalanan bu anlaşma dövrün şərtləri içərisində daşıdığı siyasi əhəmiyyətlə bərabər, bu günə qədər qüvvədə olan hüquqi nəticələr də yaradıb.

Ahlibeyt.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı yaydığı açıqlamada əksini tapıb.

Bildirilir ki, tarixdə “Moskva” anlaşması kimi tanınan bu anlaşma Türkiyə ilə Rusiya arasında imzalanmış ilk rəsmi sənəd olmaqla, xüsusi əhəmiyyət daşıyıb və gənc Türkiyə Cümhuriyyətinin şərq sərhədlərini müəyyən etməklə bərabər, sovet Rusiyası ilə Birinci Dünya müharibəsindən sonrakı dövrdə nümayiş olunan həmrəylik və əməkdaşlıq üçün zəmin təşkil edib.

Vurğulanır ki, Türkiyə Respublikası ilə Rusiya Federasiyası hazırda ikitərəfli və regional səviyyədə əməkdaşlıq edir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya və Türkiyə arasında “Dostluq və qardaşlıq haqqında” müqavilənin 100 illiyi ilə bağlı şərhində bildirib ki, Rusiya Türkiyə ilə bütün istiqamətlərdə konstruktiv əməkdaşlığı möhkəmləndirməyə hazırdır.

“Bu müqavilə iki dövlət arasında müasir münasibətlərin özülünü qoyan əsas sənədlərdən biridir. Türkiyə ilə bütün istiqamətlərdə, ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, energetika, sənaye və infrastruktura sahələrində perspektivli layihələrin reallaşdırılması, humanitar-mədəni mübadilənin və insani təmasların yüksəldilməsinə konstruktiv əməkdaşlığın möhkəmləndirilməsinə hazır olduğumuzu təsdiqləyirik.

Bu əlamətdar tarixi 2020-ci ildə diplomatik münasibətlərin əsrlik yubileyi ilə birlikdə Rusiya-Türkiyə tərəfdaşlığının əhəmiyyətinin qarşılıqlı anlaşmasının tarixi sübutu kimi dəyərləndiririk. Əməkdaşlığımız dərin şüurlu xarakter daşıyır və mehriban qonşuluq, qarşılıqlı hörmət və maraqların nəzərə alınması prinsiplərinə, regionda və ümumilikdə Avropa qitəsində təhlükəsizlik və sülhün adına Rusiya və Türkiyə xalqlarının rifahı və çiçəklənməsi üçün birgə məhsuldar işə söykənir. Son 100 ildə siyasi və tarixi aktuallığını itirməyən Moskva müqaviləsinin ruhuna və prinsiplərinə sadiq qalmaq Rusiya Federasiyası ilə Türkiyə Respublikası arasında əlaqələrin gələcək mütərəqqi inkişafının zəmanətdir”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Moskva müqaviləsi — 16 mart 1921-ci ildə RSFSR ilə Türkiyə arasında imzalanmış "dostluq və qardaşlıq" haqqında müqavilə. Müqavilə 16 maddə və 3 əlavədən ibarətdir.Müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə onun qarantı kimi çıxış edirdi. Moskva müqaviləsini RSFSR MİK (20 mart 1921) və Türkiyə Böyük Millət Məclisi(21 iyul 1921) tərəfindən təsdiqləmişdir. Moskva müqaviləsinin 3-cü maddəsində qeyd olunmuşdur: "Türkiyə, Azərbaycan və Ermənistan nümayəndələrindən ibarət Komissiya tərəfindən dəqiqləşdiriləcəkdir". Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də Qars Müqaviləsi (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) imzalandı".

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Mart, 2021  15:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!