|
Azərbaycan Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə əməkdaşlığı genişləndirirİqtisadiyyat Nazirliyinin yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan - Körfəz Əməkdaşlıq Şurası (KÖŞ) II biznes vebinarı keçirilib. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Salamnews-a AZPROMO-dan bildirilib. Onlayn görüşdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən tikinti, sənaye, səhiyyə və əczaçılıq, turizm, loqistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin 70-ə yaxın nümayəndəsi iştirak edib. Tədbirdə açılış nitqi ilə çıxış edən Bəhreynin Ticarət və Sənaye Palatasının sədri Sameer Abdullah Nass ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb, yeni iqtisadi əməkdaşlıq istiqamətləri barədə fikirlərini bölüşüb. Azərbaycanın Səudiyyə Ərəbistandakı səfiri Şahin Abdullayev ölkələrimiz arasında əlaqələrin inkişafına dair məlumat verib, bu cür tədbirlərin biznes təşəbbüslərinin stimullaşdırılmasına, işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulmasına müsbət təsir göstərəcəyini bildirib. AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev təmsil etdiyi qurum haqqında məlumat verib, Azərbaycan və Körfəz ölkələri arasında dostluq prinsiplərinə əsaslanan siyasi münasibətlərin iqtisadi-ticarət əməkdaşlığının inkişafına zəmin yaratdığını, iqtisadiyyatın müxtəlif sahələrində intensiv inkişaf potensialını vurğulayıb, Körfəz Əməkdaşlıq Şurasına daxil olan ölkələrlə ticarət və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi isiqamətində görülən işlərdən danışıb. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan və Körfəz ölkələri arasında biznes tərəfdaşlığının inkişafı üçün iş adamlarının, xüsusilə KOB subyektlərinin fəallığının artırılmasının vurğulayıb. Agentlik və Körfəz ölkələrinin müvafiq qurumları arasında əlaqələrə, əməkdaşlığa dair imzalanmış sənədlərə və keçirilən birgə tədbirlərə dair məlumat verən O.Məmmədov Körfəz ölkələrini təmsil edən iş adamlarını Azərbaycanda aktiv biznes fəaliyyətinə dəvət edib, bu sahədə KOBİA-nın iş adamlarına dəstək göstərə biləcəyini vurğulayıb. Tədbirdə Azərbaycanın və KÖŞ-ə daxil olan ölkələrin biznes və investisiya mühiti barədə təqdimatlar keçirilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Mart, 2021 11:37 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |