إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

“Kaspersky” сasus proqram təminatı ilə ən çox üzləşən ölkələrin adını açıqlayıb

2020-ci ilin nəticələrinə əsasən, istifadəçi sayına görə ən çox casus proqram təminatı ilə qarşılaşan ölkələr arasında Rusiya birinci olub.

Ahlibeyt.az-ın məlumatına görə, "APA-Economics" xəbər verir ki, bu barədə "Kaspersky" şirkətinin apardığı araşdırmalar nəticəsində məlum olub.

Qeyd olunur ki, bu təhlükə ilə üzləşən ölkələrin ilk beşliyinə Braziliya, ABŞ, Hindistan və Meksika daxildir.

Ötən il dünyada təxminən 54 min istifadəçi casus proqram təminatları ilə üzləşib. Pandemiya dövründə bu göstərici azalsa da, dünya adi rejimə qayıdan kimi artımın olacağı istisna edilmir.

Mütəxəssislər cihazların hər biri üçün mürəkkəb və fərqli şifrlər yaratmağı, onlarla bölüşməməyi, həmçinin ayarlarda bilinməyən mənbələrdən tətbiq yükləmək imkanını məhdudlaşdırmağı tövsiyə edirlər.

Xatırladaq ki, "Kasperski Laboratoriyası" informasiya təhlükəsizliyinin sistemlərinin hazırlaması sahəsində fəaliyyət göstərən aparıcı Rusiya şirkətidir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Mart, 2021  10:12 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!