|
|
Mədəniyyət naziri: “Azərbaycan və Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək”“30 il işğal altında olan torpaqlarımızı azad etdikdən sonra qəhrəman əsgərlərimizin şücaətini kino ilə daha təsirli səviyyədə göstərmək üçün fəaliyyətə başladıq”. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu “TRT Haber”ə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib. O qeyd edib ki, bu mövzuda keyfiyyətli filmlərə ehtiyac var: “Bu məqsədlə türk qardaşlarımız və istehsalçı şirkətlər ilə ortaq layihələr həyata keçirməyi çox istəyirik. Türkiyənin bu sahədəki təcrübələrini öyrənərək Azərbaycan da bu təcrübələrdən istifadə edəcək”. Nazir bildirib ki, işğaldan azad edilən torpaqlar yenidən inşa ediləcək: "Biz bunu qardaş Türkiyə ilə birgə eləmək, bərpa işlərində də türk qardaşlarımızla birlikdə çalışmaq istəyirik. Bununla bağlı Mədəniyyət Nazirliyi və TİKA (Türk İşbirliyi və Koordinasiya Agentliyi Başqanlığı) arasında müqavilə imzalandı. Türk qardaşlarımızın təcrübələrindən faydalanmaq istəyirik”. Qeyd edək ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir.Səfər çərçivəsində nazir Anar Kərimovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ankarada görüşü keçirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Mart, 2021 12:45 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |