|
Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla səfər edə biləcəkBu gündən etibarən Azərbaycan vətəndaşları yalnız neqativ cavablı “PCR” testi barədə sənədi təqdim edərək hava yolu ilə Gürcüstana səfər edə biləcək. Ahlibeyt.az-ın məlumatına görə, APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Qurumlararası Koordinasiya Şurasının 1 mart tarixində qüvvəyə minən qərarına əsasən, yeni qaydalar Azərbaycanla yanaşı Ukrayna, Qazaxıstan, Ermənistan, Rusiya və Belarus vətəndaşlarına da şamil edilib. Qaydalara əsasən, bu ölkələrin vətəndaşları Gürcüstana daxil olmazdan əvvəl son 72 saat ərzində əldə edilmiş test cavabını hava limanında təyyarəyə minərkən təqdim etməlidir. Həmin şəxslər Gürcüstana səfərlərinin üçüncü günündə yenidən öz hesablarına test verməlidirlər. Qeyd edək ki, daha əvvəlki qaydalara görə, Azərbaycan vətəndaşları yeni növ koronavirus (COVID-19) əleyhinə peyvəndin hər iki dozasının vurulmasını göstərən sənəd təqdim etməli idi. Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, Gürcüstanın quru sərhədlərində cari rejim davam etdiriləcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Mart, 2021 09:43 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |