|
• Mənəviyyat • MəhərrəmAşura qiyamıİmam Hüseyn(ə): “Mən babam Peyğəmbərin ümmətini islah etmək üçün qiyama qalxdım!" İmam Həsən(ə) 10 il Müaviyənin xilafəti zamanında yaşadı. İmam Hüseyn(ə) imamətə çatmasından sonra da 10 il Müaviyənin hökmranlığını gördü. İslamın necə təhrif olduğunu, bidətlərin gətirildiyini, zülmün və fəsadın baş alıb getdiyini görən imamlar(ə) tərəfdarları olmadığından səbr etməyi üstün tutdular. Müaviyə öz ölümündən bir qədər öncə oğlu Yezidi gələcək xəlifə kimi təsdiqlədi. Bu isə İslam dininin hələ tam otutuşmadığı bir dövrdə təhrif olaraq səltənət ideologiyasına çevirilməsi demək idi. Necə ki, vaxtı ilə xristianlığa qarşı mübarizə aparan Roma imperiyası sonradan xristianlığı rəsmi din elan etməklə bu dini köhnə imperiya ambisiyalarına uyğunlaşdırdı, İslam dini də əməvilərin əlində eyni məqsədə xidmət edən bir alət olacaq idi. Müsəlmanların yavaş-yavaş Peyğəmbərin(s) yolundan döndüyünü və İslamın aradan getdiyini görən İmam Hüseyn(ə) anlayırdı ki, onun kimi insanın qanı tökülməyincə müsəlman cəmiyyəti qəflət yuxusundan oyanmayacaq. İmam Hüseyn(ə) özü deyirdi ki, o qiyam etməsə, İslamın fatihəsi oxunacaqdır. Muaviyənin ölümündən sonra Mədinə valisinin Yezidə xəlifə kimi beyət etmək üçün İmam Hüseynə(ə) müraciət etdi və sərt rədd cavabı aldı. Bu arada Həzrət Əlinin(ə) və İmam Həsənin(ə) dövründə paytaxt olan Kufədən İmam Hüseynə(ə) məktublar gəldi. Kufəlilər İmama(ə) beyət etdiklərini və Yezidə qarşı qiyama hazır olduqlarını yazırdılar. İmam(ə) öz qohumlarını və ən yaxın insanlarını ətrafına toplayaraq qiyam etmək niyyətini bildiridi. Bundan xəbər tutan bəzi insanlar İmamı(ə) inandırmağa çalışırdılar ki, qiyam mənasızdır, onun ölməyindənsə sağ qalıb sakitcə dini təbliğ etmək daha faydalı olardı. Bu insanlar qiyamın mahiyyətini anlamırdılar və Allahın məsum İmamına(ə) məsləhət verirdilər. Onlar üçün Allahın yer üzərindəki nümayəndəsi din təbliğatçısı və ya alim idi. Keçmiş xəlifələrin zülmünə öyrəşmiş bu şəxslər o qədər mübarizədən naümid olmuşdular ki, canlarını qoruyub hədis söyləməklə öz vəzifələrinə əməl etdiklərini düşünürdülər. Onlar Peyğəmbərin(s) vaxtı ilə 3 nəfərlə Məkkə müşriklərinə qarşı qiyamını unutmuş, mübarizədən əsas məqsədin qələbə deyil, mübarizənin özü olduğunu hələ də anlamamışdırlar. Onalrın gözündə kiçik bir dəstənin zahiri qələbə çalmaması onların məğlubiyyəti idi. Ancaq İmam Hüseyn(ə) qanın qılınca qələbə çala biləcəyini sübuta yetirdi. O qadın və uşaq daxil olmaqla bütün yaxın adamları ilə Məkkəyə tərəf Həcc mərasiminə yola düşdü. Məkkədə müsəlmanların bütün vilayətlərdən bir araya gəldiyi zaman İmam(ə) onları qiyama səslədi və Həccini yarımçıq qoyub Kufəyə tərəf yola düşdü. İmam(ə) çox gözəl bilirdi ki, nə Məkkədə onun çağırışına cavab verəcəklər nə də Kufə əhli ona dəstək verəcək. İmam(ə) müsəlman cəmiyyətinin mənəvi cəhətdən ölü və cansız bədən olduğunu anlayırdı. Kufəyə getdiyi arada bir çoxları İmama(ə) qoşulmaq istəyirdi ancaq İmam(ə) öz tərəfdarlarını dən kimi seçirdi. O hər yoldan keçənin onun dəstəsinə qoşulmasına imkan vermirdi. Kərbəla hadisəsinin qəhrəmanlarının heç biri təsadüfi insan deyildi. Onlar dövrünün ziyalıları, öz sahələrində birinci, həyatda və işlərində böyük uğurlar əldə etmiş şəxsiyyətlər idi. Bir sözlə, İmam Hüseynin(ə) ətrafında bütün müsəlman cəmiyyətinin qaymağı yığışmışdı. Hadisələrin təfərrüatı bir çox tarixi kitablarda yazılıb və bu baxımdan bu mövzuya çox diqqət ayırmayacağıq. Kufəlilər İmam Hüseynin(ə) elçisi Müslim ibn Əqili(r) şəhid etdikdən sonra Yezidə beyət etdilər. Bu da gözlənilən idi. Çünki, kufəlilər Həzrət Əli(ə) və İmam Həsənə(ə) də qarşı xəyanətlər etmişdilər. Onlar həmişə təhlükə ilə üzləşəndə Əhli-Beytə(ə) üz çevirirdilər. Bu xəyanətlərin kökündə qorxu durmurdu. Əməvilər onsuz da kufəlilərin malına və canına qəsd edirdilər. Malına və canına görə qorxan şəxslər əslində İmamlara(ə) dəstək verməli idilər. Çünki onlar əmin idilər ki, yalnız Əhli-Beytin(ə) hakimiyyəti altında onlar amanda qalacaqdırlar. Alimlərdən biri çox gözəl şəkildə kufəlilərin davranışını əsaslandırır. O deyir ki, kufəlilər iki seçim arasında idilər: İmam Hüseynə(ə) və ya Yezidə beyət. Yezidə beyət etməyib, İmam Hüseynə(ə) beyət edib və məğlub olacaqları təqdirdə onları repressiyalar gözləyirdi. İmama(ə) beyət etməyib Yezidə beyət edib və məğlub olacaqları təqdirdə onlardan heç kəs intiqam almayacaqdı. Çünki bu xüsusiyyət Əhli-Beyt(ə) əxlaqına ziddir. Onlar Əhli-Beytin(ə) kəramətinə arxayın olub Yezidə beyət etdilər. Bundan xəbər tutan İmam Hüseyn(ə) Fərat çayının yaxınlığında yerləşən Kərbəla adlı bir çöldə düşərgə saldı. Bu zaman onun yanında 130-a yaxın insan var idi ki, onalrdan 72-si döyüşə hazır olan kişilər idi. İmam Hüseyn(ə) bu anda da düşmən qoşununa özünü tanıtdırır, heç olmasa bircə nəfəri də cahiliyyət və mənəviyyatsızlıq bataqlığından xilas etmək üçün çalışırdı. Döyüş günün axşamı isə İmam(ə) öz qoşununa müraciət edərək onlara şəhadət müjdəsini verdi. Səhər öləcəklərini yəqin bildikləri halda hər bir əsgərin üzündə sevinc təbəssümü var idi. Çünki sabah onlar haqq uğrunda döyüşəcək, haqq uğrunda şəhid olacaq və təkliyini bütün vücudları ilə dərk etdiyi Allaha qovuşacaqlar. Onlar Allahın təyin etdiyi imamın əmrinə tabe olub ona yardım edəcklər. İstər qalib olsunlar istərsə də məğlub. Elə onların qələbəsi də bunda idi. Hicri 61-ci ildə Məhərrəm ayının 10-u Aşura günü Yezidin göndərdiyi və kufəlilərdən ibarət 30 minlik ordu ilə 72 nəfərlik İmam Hüseyn(ə) qoşunu arasında döyüş baş verdi. Onlar hamısı şəhid edildi. Qadın və uşaqlar həmçinin xəstə yatağında olan İmam Səccad(ə) əsir götürüldü. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Dekabr, 2009 00:42 ⁄ Çap
Bu bölmədə16 İyul, 2024 Bu gün Aşuradır5 Sentyabr, 2023 Bu axşam Ərbəin gecesi daxil olur - Ərbəin ziyarətnaməsi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |