|
Ayətullah Məkarim Şirazi təcrübələrin rolu haqqındaMərcəi-təqlid Ayətullah Məkarim Şirazinin dərslərindən götürülmüş mətləbi diqqətinizə çatdırır: “Əzizlərim! Həyat təcrübədən – insanın səhvlərini islah edən, düzgün həyat tərzini ona öyrədən təcrübədən ibarətdir. Bu təcrübə həyatın həqiqətlərini şəffaf, açıq-aydın şəkildə insanın gözləri önündə canlandırır, hər bir müəmmanı həll edir. Belə bir məqamda aqil insanlardan bir çoxu Allahdan ikinci dəfə ömür istəmişlər: تا به يکى تجربه اندوختن با دگرى تجربه بستن به کار! Lakin “ikinci ömür” xəyaldan, yuxudan başqa bir şey deyil. İnsan püxtələşəndə artıq ömrü sona çatır və dünya səyahətinin son nöqtəsinə yetişir. Aqil bir şair demişkən: Digər bir yolla – məhz böyük rəhbərimiz, mövlamız və müqtədamız Əmirəl-möninin Əlinin (əleyhis-salam) bizə göstərdiyi yolla getmək lazımdır ki, bu yol “ikinci ömrün” böyük düyününü bizim üçün ən gözəl formada açır. Həzrət öz övladı İmam Həsən Müctəbaya (əleyhis-salam) müraciət edərək buyurur: “Övladım! Keçmişdəkilərin tarixinə nəzər saldım, onların həyat tərzlərini gözdən keçirdim və saysız-hesabsız təcrübələrindən bəhrələndim. Bununla da onların bir neçə min illik ömrünü öz ömrümə əlavə etdim. Sanki bəşər övladının yaradıldığı gündən bu günə kimi onlarla birgə yaşamış, onların həyatındakı eniş və yoxuşların, uğur və məğlubiyyətlərinin amillərindən agah olmuşam.” (1) Əzizlərim! Təkid edirəm ki, Qurani-kərimdə yer verilmiş keçmiş peyğəmbərlərin və ümmətlərin tarix boyu başlarına gələn hadisələrə xüsusi əhəmiyyət verəsiniz. Onlarda gizlənən böyük həqiqətlər Tanrıya doğru hərəkət edənlər üçün böyük sərmayə sayılır. Lakin çox inadcıl və zövqsüz olan bir qrup insan hər şeyi yalnız təcrübə edəndən sonra qəbul etmək istəyir. Başqalarının təcrübələrini hansı səbəbdən qəbul etmirlər, məlum deyil. Halbuki, bəzən onlar bütün ömürlərinin məhsulunu bir neçə sətirdə və yaxud bir neçə səhifədə bizə təqdim edirlər. Bu bixəbərlər heç nəyi təcrübə etməmiş ömürlərini başa vurur, xam və püxtələşməmiş gözlərini bu dünyaya yumurlar. Əzizlərim! Siz belə kimsələrdən deyil, Quranın vəsf etdiyi ulul-əlbabdan – ağıl sahiblərindən olun: Xüsusilə də keçmiş görkəmli alimlərin, böyük elm, ədəb və təqva sahiblərinin, Allaha doğru yol gedənlərin (ariflərin, saliklərin) həyatlarını mütaliə etməyi unutma. Onların həyatında hər biri qiymətli bir gövhər olan əsrarəngiz məqamlar gizlənir. Mən onların həyatından dönə-dönə, bol-bol təcrübələr əldə etmişəm.” Mənbə: Az.shafaqna.com
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Fevral, 2021 10:20 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |