|
• DünyadaYUNESKO: Dünyada hər 15 gündə bir xalqın dili yoxa çıxırDünyada mövcud olan xalqlara məxsus təxminən 2 500 danışıq dili yox olma təhlükəsi ilə üz-üzədir.
Ahlibeyt.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə Türkiyənin YUNESKO yanında Milli Komissiyasının (UTMK) İdarə Heyətinin sədri, professor Ocal Oğuz məlumat verib. "Dünyada təxminən 7 min dil mövcuddur. Onların arasında təxminən 2 500 dil yox olma təhlükəsi ilə üz-üzədir, çünki çox məhdud sayda insan onlardan istifadə edir", - Oğuz qeyd edib. Onun sözlərinə görə, mövcud statistikaya və məlumatlara əsasən, dünyada hər 15 gün ərzində bu dillərdən biri yox olur. Oğuz bildirib ki, dillərin yox olma təhlükəsi son onilliklər ərzində dünyada sosial, siyasi və iqtisadi dəyişikliklərə görə artıb. Hazırda bir vaxtlar mövcud olan 200 dildə danışan insanları tapmaq çətindir. 1950-ci ildən 250-dən çox dil yoxa çıxıb. "YUNESKO-nun dillər atlası bununla bağlı təhlükəli vəziyyəti əks etdirir. Yox olma təhlükəsi ilə üzləşən dillərin əsas hissəsi 10 mindən az insanın danışdığı dillərdir”, - Oğuz qeyd edib. Qeyd edək ki, son statistik məlumatlara görə, hazırda dünyada 7174 danışıq dili mövcuddur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Fevral, 2021 10:00 ⁄ Çap
Bu bölmədə25 Fevral, 2021 Gürcüstanın Marneoli rayonunda İmam Əlinin mövludu münasibətilə mərasim keçirilib (FOTO)25 Fevral, 2021 İranda Qarabağa dair konfrans keçiriləcək |
Xəbər lenti
2 Mart, 2021 14:12
1 Mart, 2021 18:30
1 Mart, 2021 12:46
27 Fevral, 2021 10:00
|
© 2021 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! CMS Danneo |
© Saytı düzəldib: 313wb.com |