|
Qədim əlyazmaların elektronlaşdırılması işi davam etdirilirƏlyazmalar İnstitutunda qədim əlyazmaların elektronlaşdırılması işi davam etdirilir AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan qədim əlyazmaların 2014-cü ildən başlayan rəqəmsal formata keçirilməsi işi uğurla davam etdirilir. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə İnstitutun məlumatunda bildirilir. Əlyazmalar İnstitutunun fondlarında mühafizə olunan 12000-dən çox ərəbdilli, farsdilli və türkdilli əlyazmaların böyük bir qismi artıq elektronlaşdırılıb. Hazırda 5000-dən çox əlyazma xüsusi skanerlər vasitəsilə elektronlaşdırılaraq institutun elektron kitabxanasının bazasına daxil edilib. Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Nəsirəddin Tusi, Əbu Əli ibn Sina kimi böyük Şərq mütəfəkkirlərinin əsərlərinin əlyazmalarının rəqəmsal variantları elektron kitabxanada əksini tapıb. Ötən ildən etibarən tədqiqatçılar müəssisənin qiraət zalındakı kompüterlər vasitəsilə lokal serverə qoşulub elektron əlyazmaların kataloqu və rəqəmsal surəti ilə tanış ola bilirlər. Yaxın gələcəkdə Əlyazmalar İnstitutunun elektron kataloqunun və elektron kitabxanasının internet üzərindən də oxucuların istifadəsinə verilməsi nəzərdə tutulur. İnstitutun elektron kitabxanasına daxil edilmiş əlyazmaların ilkin kataloqu ilə tanış olmaq istəyənlər aşağıdakı keçidlərdən istifadə edə bilərlər: - Türkdilli əlyazmaların kataloqu - Farsdilli əlyazmaların kataloqu - Ərəbdilli əlyazmaların kataloqu
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Fevral, 2021 14:12 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |