|
|
Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müzakirə aparıb
16 fevral 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə video-konfrans formatında görüşü keçirilib. Ahlibeyt.az xəbər verir ki, bununla bağlı XİN məlumat yayıb. Görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün etimadın bərpa olunması və əminamanlıq şəraitində birgəyaşayışın həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Fevral, 2021 10:00 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |