إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rusiya XİN: Dağlıq Qarabağla Ermənistan arasında əlaqə Laçın dəhlizi ilə həyata keçirilir

“Dağlıq Qarabağla Ermənistan arasında əlaqə Laçın dəhlizi vasitəsilə ilə həyata keçirilir. Bu barədə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr üçtərəfli bəyanatının 6-cı bəndində qeyd olunub. Bunu siz mənsiz də yaxşı bilirsiniz”.

Ahlibeyt.az-ın məlumatına görə, APA-nın Moskva müxbirinin xəbərinə əsasən, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin Dağlıq Qarabağ ermənilərinin Ağdərə-Vardenis yolundan istifadəsi ilə bağlı sualına cavabında deyib.

M. Zaxarova erməni jurnalistə Dağlıq Qarabağla Ermənistan arasında əlaqənin Laçın dəhlizi vasitəsilə həyata keçirildiyini xatırladıb.

XİN rəsmisi azərbaycanlı məcburi köçkünlərin işğaldan azad olunan Dağlıq Qarabağ və ətraf rayonlara qayıtması prosesini də şərh edib:

"Hazırda ötən ilin payızında baş verən məlum hadisələr səbəbindən yaşayış yerlərini tərk edən ermənilərin Dağlıq Qarabağa qayıtması prosesi intensiv gedir.

Hesab edirik ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr üçtərəfli bəyanatının 7-ci bəndi öz əvvəlki yaşayış yerlərini tərk etmək məcburiyyətində qalan hər kəsə şamil olunur”.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Fevral, 2021  10:25 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!