|
|
Polşa kilsəsində İslam günü qeyd olunub
Polşa katolik kilsəsi 26 yanvar tarixini İslam günü kimi qeyd edib. Ahlibeyt.az-ın məlumatına görə, Az.shafaqna.com Rusiya KİV-inə istinadla xəbər verir ki, bu gün ilk dəfə kilsə tərəfindən 2001-ci ildə qeyd olunub və o zamandan ənənə halını alıb. Yepiskop Henrik Sereşko deyib ki, bayram tədbirləri “mövhumatları aradan qaldırmağa yardım edir, xristian və müsəlmanların əminamanlıq şəraitində birgə yaşaması mümkünlüyünü göstərir”. Bu il tədbir “Xristianlar və müsəlmanlar: birlikdə ibadət yerlərimizi qoruyaq” şüarı altında keçirilib. Pandemiya ilə əlaqədar İslam günü onlayn təşkil edilib. Proqram müsəlman və katolik liderlərin təbrik ismarıclarından, həmçinin Tövrat və Qurandan qissələrin oxunuşundan ibarət olub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Yanvar, 2021 12:49 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |