27 Yanvar, 2021
Polşa kilsəsində İslam günü qeyd olunub

 

Polşa katolik kilsəsi 26 yanvar tarixini İslam günü kimi qeyd edib.

Ahlibeyt.az-ın məlumatına görə, Az.shafaqna.com Rusiya KİV-inə istinadla xəbər verir ki, bu gün ilk dəfə kilsə tərəfindən 2001-ci ildə qeyd olunub və o zamandan ənənə halını alıb.

Yepiskop Henrik Sereşko deyib ki, bayram tədbirləri “mövhumatları aradan qaldırmağa yardım edir, xristian və müsəlmanların əminamanlıq şəraitində birgə yaşaması mümkünlüyünü göstərir”.

Bu il tədbir “Xristianlar və müsəlmanlar: birlikdə ibadət yerlərimizi qoruyaq” şüarı altında keçirilib.

Pandemiya ilə əlaqədar İslam günü onlayn təşkil edilib. Proqram müsəlman və katolik liderlərin təbrik ismarıclarından, həmçinin Tövrat və Qurandan qissələrin oxunuşundan ibarət olub.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10834.html