|
• DünyadaBMT-nin Baş katibi: Təhsil sistemində fasilələr bütöv bir nəsil üçün fəlakətə çevrilə bilərBu il Beynəlxalq Təhsil Günü elə bir şəraitdə qeyd edilir ki, COVID-19 pandemiyası səbəbindən məktəblilərin və tələbələrin çoxu təhsil müəssisələrinə az-az gedir, əsasən evdə qalmaqla oxuyur və ya ümumiyyətlə, bu imkandan məhrumdur. Ahlibeyt.az-ın xəbərinə görə, AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreşin sözlərinə görə, təhsil sistemində fasilələr bütöv bir nəsil üçün fəlakətə çevrilə bilər. Baş katib distant təhsil metodlarını təkmilləşdirməyə çağırıb. Koronavirus pandemiyası ilə əlaqədar dünya ölkələrinin çoxu bütün tədris müəssisələrini bağlamağı qərara alıblar. 1,5 milyard uşaq məktəbə getmək imkanından məhrum olub. Onların çoxu distant təlim metoduna keçib, lakin bu uşaqların təqribən üçdəbir hissəsi – 463 milyonu “məsafədən oxumaq” imkanından məhrumdur, çünki onların evlərində kompüter və ya internet yoxdur, yaxud, məsələn, çoxuşaqlı ailələrdə qacetlər uğrunda “mübarizə aparmalı” olurlar. UNESCO-da vurğulayıblar ki, məktəblərin bağlanması və ya tədris saatlarının azaldılması səbəbindən bu gün dünyadakı bütün məktəblilərin təqribən yarısı bu və ya digər dərəcədə əziyyət çəkirlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Yanvar, 2021 12:47 ⁄ Çap
Bu bölmədə25 Fevral, 2021 Gürcüstanın Marneoli rayonunda İmam Əlinin mövludu münasibətilə mərasim keçirilib (FOTO)25 Fevral, 2021 İranda Qarabağa dair konfrans keçiriləcək |
Xəbər lenti
2 Mart, 2021 14:12
1 Mart, 2021 18:30
1 Mart, 2021 12:46
27 Fevral, 2021 10:00
|
© 2021 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! CMS Danneo |
© Saytı düzəldib: 313wb.com |