|
|
Ayətullah Sistani İŞİD-in törətdiyi partlayışlardan sonra müraciət ünvanlayıbAyətullah Seyid Əli Sistani İŞİD-in Bağdadda törətdiyi partlayışlardan sonra ölkənin təhlükəsizlik qüvvələrinə müraciət edib. Ahlibeyt.az-ın xəbərinə görə, SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə Ayətullah Sistaninin Dəftərxanası bəyanat verib. Bildirilib ki, terror partlayışlarından sonra Ayətullah Sistani təhlükəsizlik qüvvələrini ölkə xalqının təhlükəsizliyini təmin etmək üçün səylərini səfərbər etməyə və müvafiq tədbirləri möhkəmləndirməyə çağırıb. Ayətullah Sistani bu bəyanatda İraq xalqına başsağlığı verib və pusquda durmuş düşmənin planlarını zərərsizləşdirmək üçün müvafiq tədbirlərin artırılmasını istəyib. Qeyd edək ki, ötən gün 32 nəfərin ölümü ilə nəticələnən silsilə partlayışları İŞİD terror təşkilatı üzərinə götürüb. Terror təşkilatı Teleqram-dakı səhifələri vasitəsilə bəyanat yayaraq, bildirib ki, bu hücumda hədəfi “şiə rafiziləri” olub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Yanvar, 2021 11:12 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |