22 Yanvar, 2021
Ayətullah Sistani İŞİD-in törətdiyi partlayışlardan sonra müraciət ünvanlayıb

Ayətullah Seyid Əli Sistani İŞİD-in Bağdadda törətdiyi partlayışlardan sonra ölkənin təhlükəsizlik qüvvələrinə müraciət edib.

Ahlibeyt.az-ın xəbərinə görə, SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə Ayətullah Sistaninin Dəftərxanası bəyanat verib.

Bildirilib ki, terror partlayışlarından sonra Ayətullah Sistani təhlükəsizlik qüvvələrini ölkə xalqının təhlükəsizliyini təmin etmək üçün səylərini səfərbər etməyə və müvafiq tədbirləri möhkəmləndirməyə çağırıb.

Ayətullah Sistani bu bəyanatda İraq xalqına başsağlığı verib və pusquda durmuş düşmənin planlarını zərərsizləşdirmək üçün müvafiq tədbirlərin artırılmasını istəyib.

Qeyd edək ki, ötən gün 32 nəfərin ölümü ilə nəticələnən silsilə partlayışları İŞİD terror təşkilatı üzərinə götürüb. Terror təşkilatı Teleqram-dakı səhifələri vasitəsilə bəyanat yayaraq, bildirib ki, bu hücumda hədəfi “şiə rafiziləri” olub.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10819.html