إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Misir Prezidenti həmkarı Emmanuel Makronla keçirdiyi mətbuat konfransında Qərbdə artan islamofobiya meyillərini pisləyib

Misir Prezidenti Əbdülfəttah əl-Sisi Fransaya rəsmi səfəri çərçivəsində həmkarı Emmanuel Makronla keçirdiyi mətbuat konfransında Qərbdə getdikcə daha çox yayılan islamofobiya meyillərini pisləyib.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, Misirin dövlət başçısı irqçilik və islamofobiyanın dünyada sülhə və təhlükəsizliyə təhlükə adlandırıb. O əlavə edib ki, İslam rəmzlərinin və Peyğəmbərin təhqir edilməsinə heç vəchlə söz və ifadə azadlığı ilə bəraət qazandırmaq olmaz.

Sisinin sözlərinə görə, bu gün Qərblə İslam aləmi arasında əlaqələrin qorunub saxlanılmasında dini tolerantlıq və mədəniyyətlərarası dialoq böyük əhəmiyyətə malikdir. Misir Prezidenti, həmçinin “İslam terrorçuları” terminini də qəbuledilməz hesab edib və Qərb ölkələrinin siyasətçilərini bu cür təhrikedici ifadələrdən çəkinməyə çağırıb.

Fransa Prezidenti isə bəyan edib ki, hüquq müdafiəsi təşkilatlarının Misirdə insan hüquqlarının pozulması çağırışları fransızların bu ölkəyə silah satışına mane ola bilməz. Eyni zamanda, Makron misirli həmkarının islamofobiya və İslam rəmzlərinin təhqir edilməsi haqqında iradlarına da açıq münasibət bildirməkdən çəkinib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Dekabr, 2020  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!