إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Qəzza uşaqlarına ibri dili öyrədiləcək

Qəzza zolağında hakimiyyətdə olan HƏMAS fərəkatı təhsil sistemində yeniliyə əl atıb. “Shia-online”ın məlumatına əsasən, Qəzza məktəblərində İsrailin rəsmi dili – ibri tədris ediləcək.

Qəzzanın təhsil və tərbiyə naziri Ziyad Sabitin sözlərinə görə, bununla Qəzza uşaqları ətrafda baş verən hadisələri öyrənib, onlara təsir edə biləcəklər. O əlavə edib ki, ilkin mərhələdə layihənin uğurlu olub-olmaması yoxlanılacaq.

Bu qərar ölkə daxilində həm tənqid həm alqışla üzləşib. Qərarın tərəfdarları hesab edirlər ki, uşaqlar ibri dilini öyrənməkdən yalnız fayda görəcək. Müxaliflər isə, gənc nəslinin ibri dili öyrənməklə sionist rejiminə rəğbətlənəcəyindən ehtiyatlanırlar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 May, 2012  21:33 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!