إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Məşədi Dadaş məscidində Vətən müharibəsi şəhidləri anılıb - Video

Bu gün paytaxtın Nəsimi rayonunda yerləşən Məşədi Dadaş Məscidində Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.

Ahlibeyt.az xəbər verir ki, mərasimdə canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhuna, dualar oxunub və Quran tilavət edilib.

129757488-4780110008729663-510485357157576919-o

Məscidin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli çıxış edərək Vətən müharibəsində Azərbaycan Əsgərinin nümayiş etdirdiyi şücaətdən, şəhidlik zirvəsinin mahiyyətindən bəhs edib.

İlahiyyatçı qeyd edib ki, Azərbaycan xalqının birliyi və Azərbaycan Ordusunun gücü nəticəsində Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqlar azad edilib.

129300474-4780109965396334-3109614371072803740-o

Qeyd edək ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin!

AUDİO - Şəhidlərin anım günü

Audiolink yalnız sonuncu yüklənən bir cümə xütbəsi üçün nəzərdə tutulub

Video

 

Qeyd edək ki,linkin disklərə köçürülməsinə,yotube və s. şəbəkələrə yüklənməsi qadağandır- icaze verilmir.Lakin,linkin facebook və digər sosial şəbəkələrdə paylanması,audiolinkin telefon,planşet və ya komp-rə yüklənərək dinlənilməsi icazəlidir.

Xatıqladaq ki, xütbəni saytda yerləşdirilmiş "Cümə xütbəsi" linkindən də dinləmək mümkündür.linkdən yalnız bir xutbəni dinləmək mümkündür(keçmiş xütbələr silinərək sonuncu yükləmə ilə əvəzlənir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Dekabr, 2020  15:03 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!