إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyə Prezidenti Qələbə paradında iştirak üçün Bakıya gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək.

Ahlibeyt.az RealTv-yə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən məlumat verilib.

Hazırda Rəcəb Tayyib Ərdoğanın Bakıya gəlməsi üçün hazırlıq işləri görülür. Səfərin önümüzdəki həftə ərzində baş tutacağı gözlənilir.

“RİA Novosti”nin yaydığı xəbərdə isə səfərin dekabrın 10-da baş tutacağı bildirilib. Qeyd olunur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan ordusunun Ermənistan üzərində qazandığı möhtəşəm qələbə münasibətilə keçiriləcək hərbi paradda iştirak etmək üçün Bakıya gələcək.

Gözlənilir ki, paradda düşməndən qənimət götürülmüş çoxsaylı hərbi texnika da nümayiş etdiriləcək.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Dekabr, 2020  13:12 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!