|
Anar Kərimov ICESCO-nun beynəlxalq onlayn vebinarda çıxış edibİslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) “Bəşər sivilizasiyasının qurulmasında və sülh dəyərlərinin yayılmasında İslam incəsənətinin rolu” mövzusunda beynəlxalq onlayn vebinar baş tutmuşdur. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Mədəniyyat Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilir. Vebinarda ICESCO-nun baş direktoru Salim M. Əl-Malik, Bəhreynin Mədəniyyət və Antik Əşyalar İdarəsinin prezidenti Şeyxa Mai Bint Məhəmməd Əl-Xəlifə, BƏƏ-nin mədəniyyət və təhsilin inkişafı naziri Nura bin Məhəmməd Əl Kaabi, Misirin mədəniyyət naziri İnas Abdel Dayem, ICESCO, UNESCO, IRCICA təşkilatlarının nümayəndələri və digər rəsmilər iştirak etmişdir. Tədbirdə ölkəmizi mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov təmsil etmişdir. Açılış nitqi ilə çıxış edən ICESCO-nun baş direktoru Salim M. Əl-Malik İslam incəsənətinin zənginliyindən, onun bəşər sivilizasiyasının formalaşmasındakı rolundan, ICESCO-nun İslam irsinin qorunması istiqamətində fəaliyyətindən bəhs etmişdir. İslam sivilizasiyasının dünya mədəniyyətinə verdiyi töhfələri qeyd edən Anar Kərimov 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılan Qarabağ bölgəsində mövcud olan İslam irsinin vəziyyətindən də bəhs etmişdir. O, Ermənistan tərəfindən məscidlərin dağıdılmasının və təhqir olunmasının Azərbaycanın tarixi-mədəni irsinin, eyni zamanda İslam irsinin məhv edilməsi məqsədi daşıdığını qeyd etmişdir. Dini mənşəyindən asılı olmayaraq mədəni irsin qorunmalı olduğunu qeyd edən Anar Kərimov Ermənistanın əməllərinə qlobal mədəniyyət institutları tərəfindən obyektiv qiymətin verilməsinin, bu əməllərin pislənilməsinin zəruri olduğunu bildirmişdir. Xüsusilə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində islam sivilizasiyasın mədəniyyət və dini irsinə qarşı həyata keçirilmiş vandalizm aktlarının İCESCO və digər beynəlxalq təşkilatlar tərəfindən daha sərt pislənilməli olduğunu, müsəlman dünyasının öz mirasını qətiyyətlə müdafiə etməli olduğunu diqqətə çatdırmışdır. Anar Kərimov çıxışında Azərbaycanda mədəni irsin qorunması, sülh və dialoqun təşviqi ilə bağlı görülən işlər, ICESCO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyət barədə məlumat vermişdir. Qeyd etmişdir ki, ICESCO ilə əməkdaşlıq çərçivəsində 2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan şəhərləri “İslam mədəniyyətinin paytaxtı” elan edilmiş, 2015-ci ildə ICESCO-nun 12-ci Baş Konfransı Bakıda təşkil edilmişdir. 2017-ci ilin Azərbaycanda ölkə başçısı cənab İlham Əliyev tərəfindən “İslam həmrəyliyi ili” elan olunduğunu qeyd edən Anar Kərimov il ərzində həyata keçirilən layihələr barədə məlumat vermişdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Noyabr, 2020 12:00 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |