|
Azərbaycan İlahiyyat İnstitutunda birdəfəlik dissertasiya şurası yaradılıbAzərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Birdəfəlik dissertasiya şurası yaradılıb. Ahlibeyt.az-ın xəbərinə görə,bu barədə Aİİ mətbuat xidmətinın məlumatında bildirilir. Aİİ-nin nəzdində fəlsəfə elmləri sahəsində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün yaradılan Birdəfəlik dissertasiya şurası iki ixtisas üzrə fəaliyyət göstərəcək: “Dinşünaslıq” və “Dinin tarixi və fəlsəfəsi”. Şuranın yaradılması Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmiş müvafiq əmrinə əsasən həyata keçirilib. Birdəfəlik dissertasiya şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 4.9-cu bəndinə əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə”nin 4.2.1-ci yarımbəndi və 4.8-ci bəndinə uyğun olaraq yaradılıb. Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli 3654 nömrəli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Aİİ-yə bakalavriat səviyyəsi üzrə “Dinşünaslq” və “İslamşünaslıq”, magistratura səvviyəsi üzrə “Dinin psixologiyası”, “Dinin sosiologiyası”, “Dinlərin tarixi”, “İslamşünaslıq”, doktorantura və dissertantura səviyyələri üzrə isə “Dinşünaslıq” və “Dinin tarixi və fəlsəfəsi” ixtisasları üzrə qəbul həyata keçirilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Noyabr, 2020 15:20 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |