إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Şeyx Fazil Lənkəraninin vəfatının V ildönümü qeyd edilib

Qum şəhərindəki "Əzəm" məscidində Ayətullah Şeyx Fazil Lənkəraninin vəfatının V ildönümü qeyd edilib.

Bildirilir ki, Ayətullah Lənkəraninin(r) vəfatının ildönümü məclisində bir çox din alimləri, o cümlədən, mərcei-təqlidlər Ayətullah Nuri Həmədani, Ayətullah Cavadi Amuli, Ayətullah Ələvi Gürgani də iştirak ediblər.

Xatırladaq ki, Əyyami-Fatimiyyə məclislərinin qurulmasına və həmin mərasimləri "İkinci Aşura" kimi yaşatmağa təkid edən mərcei-təqlidlərdən olan Ayətullah Lənkərani(r) 5 il bundan öncə Londonda xəstəliyindən dolayı müalicə aldığı zaman Xanım Zəhranın(s) şəhadət günlərinin yaxınlaşdığı münasibətilə müalicəsini yarımçıq qoyaraq Quma dönməyə təkid edir. Həkimlər və yaxınları onu fikrindən döndərməyə səy göstərsələr də, o əyyamda Qumda olmağa israr edir. Quma döndükdən sonra isə Ayətullah Lənkərani(r) Cəmadius-Sani ayının 1-də dünyasını dəyişir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Aprel, 2012  06:33 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!