|
Diplomatik korpusun nümayəndələri Füzuli şəhərində Ermənistan ordusunun törətdiyi vəhşiliklərin şahidi olublar - VİDEONoyabrın 22-də Azərbaycandakı diplomatik korpusun nümayəndələri, o cümlədən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Ermənistanın işğalından azad olunmuş Füzuli şəhərinə səfər ediblər. Trend-in məlumatına görə, səfərin məqsədi diplomatları və hərbi attaşeləri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, cinayət izləri ilə tanış etməkdir. Diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqa rəsmi şəxslər müşayiət ediblər. Diplomatlar Füzuli şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olublar. Onlar Füzuli şəhərində ermənilərin 27 il ərzində törətdikləri vəhşilikləri, vandalizmi öz gözləri ilə görüblər. Məlumat verilib ki, ermənilər Füzulidə yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıdıblar. Erməni işğalçıları vaxtilə Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Füzulidə bir dənə də olsun salamat bina qoymayıblar. Hər şey dağıdılıb, talan edilib. Erməni vandalizmi rayondakı tarixi, mədəniyyət və memarlıq nümunələrindən, mağara və kurqanlardan, türbələrdən və qəbirüstü abidələrdən də yan keçməyib. Bütün bu abidələr yerlə-yeksan olunub. Xüsusi qeyd edilib ki, Füzuli rayonunun sakinlərinin yurd həsrətinə 27 ildən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində son qoyulub.
Prezidentin köməkçisi Hikmət Hacıyev Twitter” hesabında bildirib ki, səfərdə 120-dən artıq diplomat iştirak edir. Diplomatik korpusun nümayəndələri və hərbi attaşelərə Füzuli rayonunun işğaldan azad edilmiş Kürdlər kəndində dağıdılmış qəbiristanlığı göstərilib. APA-ya istinadən görüntüləri təqdim edirik:
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Noyabr, 2020 13:44 ⁄ Çap
Bu bölmədə15 Yanvar, 2021 Prezident İlham Əliyev Füzuli hava limanının təməlini qoyub, Şuşa şəhərində səfərdə olub (Video - Foto)15 Yanvar, 2021 XİN: Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir14 Yanvar, 2021 “İrs dəqiqələri” adlı qısa videolar müsabiqəsi elan olunub13 Yanvar, 2021 Beşbarmaq abidələri – tarixi irsimizin daş yaddaşı (FOTO) |
Xəbər lenti
15 Yanvar, 2021 11:54
15 Yanvar, 2021 10:33
14 Yanvar, 2021 13:20
14 Yanvar, 2021 11:14
14 Yanvar, 2021 10:26
14 Yanvar, 2021 10:00
13 Yanvar, 2021 17:46
13 Yanvar, 2021 11:48
13 Yanvar, 2021 11:06
13 Yanvar, 2021 10:00
|
© 2021 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! CMS Danneo |
© Saytı düzəldib: 313wb.com |