|
• DünyadaDəmir Muxetdinov: Azərbaycan multikultural dövlətdir, bütün dini ənənələrə eyni dərəcədə hörmətlə yanaşırBu gün tanınmış mədəniyyət xadimlərinin UNESCO-ya müraciəti barədə xəbərlə tanış olanda təəccübləndim - Rejissorlar, dirijorlar, musiqiçilər və yaradıcı elitanın digər nümayəndələri Dağlıq Qarabağ regionundakı xristian mədəni, bədii və memarlıq irsi abidələrinin qorunub saxlanması üçün onların Dünya İrs Siyahısına daxil olunmasını xahiş edirlər. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi sədrinin birinci müavini Dəmir Muxetdinov öz “Facebook” səhifəsində paylaşıb. O deyib: “Mədəniyyət xadimlərinin ayrı-seçkilik etməsi məni heyrətləndirdi: onlar açıq-aydın göstərirlər ki, qorunub saxlanması zəruri olan mədəni sərvət yalnız Dağlıq Qarabağdakı xristian məbədləridir, utanıb qızarmadan müsəlman abidələrinin təhqir olunmasına və məhv edilməsinə göz yumurlar. Qondarma “Dağlıq Qarabağ respublikası”nın ərazisində onilliklər ərzində qalmış 67 məsciddən 63-ü dağıdılıb! Yüzlərlə tarixi və mədəni abidələr zədələnib. Alban-udi kilsəsi tərəfindən əslində kimə mənsub olması mübahisə doğuran məbədlərin dağıdıla biləcəyinə eyhamları mən vicdansızlıq adlandırardım, xüsusən ona görə ki, Qarabağda onlarla, yüzlərlə müsəlman mədəni abidələrinin fəlakətli vəziyyətə düşməsinə tam etinasızlıq göstərilir. Hər bir müşahidəçi bu məsələyə obyektiv yanaşarsa, o qeyd etməlidir ki, Azərbaycan multikultural dövlətdir, bütün dini ənənələrə eyni dərəcədə hörmətlə yanaşır. Bakıda dəfələrlə dünya dini liderlərinin zirvə görüşləri keçirilib. Əgər indiki Azərbaycan rəhbərliyi xristianlığa layiqincə münasibət göstərməsəydi patriarx Kirill yəqin ki, Prezident İlham Əliyevlə və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə ilə müntəzəm görüşməzdi. Lakin Qarabağın tarixi irsinə UNESCO-nun diqqətinin cəlb edilməsi faktının özünü tamamilə düzgün hesab edirəm. Ümidvaram və inanıram ki, yaxın vaxtlarda 75 illiyini qeyd etmiş bu nüfuzlu beynəlxalq təşkilatın mütəxəssislərinin savadı və mədəniyyəti regionun tarixi irsinin bundan sonra qorunması üçün müvafiq ekspertizaya başlamaq və obyektlərin dini mənsubluğundan asılı olmayaraq obyektiv və qərəzsiz qərarlar qəbul etmək üçün kifayət edəcək”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Noyabr, 2020 13:54 ⁄ Çap
Bu bölmədə14 Yanvar, 2021 “Amnesty International”: Ermənistan Azərbaycanın mülki əhalisini hədəf alıb, qadağan edilmiş kasetli silahlardan istifadə edib14 Yanvar, 2021 BMT Tramp Administrasiyasının husiləri “terror təşkilatı” elan etmək istəyi barədə xəbərdarlıq edib14 Yanvar, 2021 Azərbaycan, Pakistan və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşünün İslamabad bəyannaməsi imzalanıb - Foto11 Yanvar, 2021 ICESCO-nun Baş direktoru Azərbaycana səfər edəcək |
Xəbər lenti
15 Yanvar, 2021 11:54
15 Yanvar, 2021 10:33
14 Yanvar, 2021 13:20
14 Yanvar, 2021 11:14
14 Yanvar, 2021 10:26
14 Yanvar, 2021 10:00
13 Yanvar, 2021 17:46
13 Yanvar, 2021 11:48
13 Yanvar, 2021 11:06
13 Yanvar, 2021 10:00
|
© 2021 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! CMS Danneo |
© Saytı düzəldib: 313wb.com |