|
• DünyadaTürkiyə prezidenti Azərbaycana hərbi qüvvələrin göndərilməsi haqqında qanun imzalayıbTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana hərbi qüvvələrin göndərilməsi haqqında qanun imzalayıb. Ahlibeyt.az-ın Virtualaz.org-a istinadən xəbərinə görə, bu barədə qərarı "Rəsmi Qəzet" dərc edib. Qərarın giriş hissəsində qeyd olunub ki, Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi iki ölkə arasında 16 avqust 2010 tarixində imzalanan “Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”yə uyğun olaraq həyata keçirilir. Qərarda vurğulanıb ki, dost və qardaş ölkə Azərbaycanın işğal altındakı ərazilərini azadetmə mücadiləsi illərdir davam edir: "Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatları nəticəsində işğal altındakı ərazilərinin azad edilməsi istiqamətində önəmli uğurlar qazanıb". Qərara əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Noyabr, 2020 12:46 ⁄ Çap
Bu bölmədə21 Yanvar, 2021 İran xarici işlər naziri Azərbaycana səfər edəcək21 Yanvar, 2021 Co Bayden Administrasiyası ABŞ-ın Yəmən husilərilə bağlı sanksiya qərarını ləğv edəcəyini bildirib16 Yanvar, 2021 Fələstində son 15 ildə ilk dəfə ümumseçkilər keçiriləcək14 Yanvar, 2021 “Amnesty International”: Ermənistan Azərbaycanın mülki əhalisini hədəf alıb, qadağan edilmiş kasetli silahlardan istifadə edib14 Yanvar, 2021 BMT Tramp Administrasiyasının husiləri “terror təşkilatı” elan etmək istəyi barədə xəbərdarlıq edib |
Xəbər lenti
22 Yanvar, 2021 14:32
22 Yanvar, 2021 12:39
21 Yanvar, 2021 09:42
20 Yanvar, 2021 12:18
20 Yanvar, 2021 09:44
18 Yanvar, 2021 10:50
|
© 2021 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! CMS Danneo |
© Saytı düzəldib: 313wb.com |