إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Misir İsrailə qaz nəqlini dayandırdı

İsrailin 2-ci kanalının məlumatına görə, Misir höküməti sionist rejimlə olan qaz təchizatı müqaviləsini birtərəfli olaraq ləğv edib.

Bildirilir ki, Misir inqilabı başlayandan bu günə kimi Misirdən İsrailə nəql olunan qaz kəməri 14 dəfə partladılmış və Misir prezidentliyinə namizədlərin hamısı prezident seçiləcəyi təqdirdə bu qaz nəqli müqaviləsinə yenidən baxacaqlarını açıqlamışdılar.

Xatırladaq ki, İsraillə Misir arasında arasında 1978-ci ildə imzalanmış Kemp Devid sülh razılaşmasına əsasən Misir israilə neft nəql etməli öhdəliyini götürmüşdür. Daha sonralar neft nəqli qaz nəqli ilə əvəz edilmişdi.

mignews.com

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Aprel, 2012  05:56 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!