|
• Mənəviyyat • MənəviyyatBir arif şəxsin narkozsuz cərrahiyyə əməliyyatı keçirməsiKeçən əsrin ariflərindən sayılan Şeyx Cəfər Müctehidi Təbrizi barəsində xeyli kəramətlər nəql edilmişdir. Bunlardan biri də onun narkozsuz cərrahiyə əməliyyatı keçirməsi və əməliyyat zamanı heç bir ağrı hiss etməməsi olmuşdur. Günlərin birində Şeyx Cəfər Təbrizinin prostatında cərrahiyə əməliyyatı keçirilməli olur. Amma o bu əməliyyatı iki şərtlə qəbul edəcəyini açıqlayır. Mərhum Şeyx Cəfər deyir ki, əgər məni narkozsuz və başqa bir kəsin qanını mənə köçürmədən əməliyyat etsəniz razı olaram. İlk əvvəl həkimlər bu şərtlə razılaşmırlar. Onlar bildirirlər ki, uzun müddətli əməliyyatı narkozsuz keçirmək mümkün deyil və əməliyyat uzun sürdüyündən ona əməliyyat zamanı qan köçürmək də lazım olacaqdır. Amma Şeyx Cəfər Müctehidini yaxşı tanıyanlar həkimlərə bildirirlər ki, əgər o bunu istəyirsə deməli nəsə bilir. Və əgər əməliyyat uğursuz olacaqsa, siz heç bir məsuliyyət daşımayacaqsınız. Nəhayət çox söz-söhbətdən sonra həkimlər Şeyx Cəfər Təbrizinin şərtlərilə əməliyyat keçirməyə razılıq verirlər. Həkimlərdən biri kəramətli şəxslər barəsində eşitsə də belə şeylərə inanmayan şəxs idi. Əməliyyat otağında Şeyx Cəfərə diqqətlə baxan həmin həkimi Şeyx Cəfər Təbrizi yaxına dəvət edib, onun əlini əli ilə tutur. Daha sonra "Nadi Əli" duasından oxumağa başlayır və özündən gedir. Həkimlər əməliyyata başlayırlar. Amma ehtiyat etdiklərinə görə əvvəlcə kəsici alətlə ehmalca Şeyx Cəfərin əməliyyat ediləcək yerinə toxundururlar ki, onun hissiyatı olarsa əməliyyatı dərhal dayandırsınlar. Amma görürlər ki, Şeyx Cəfərin heç tükü belə tərpənmir. İki saat davam edən əməliyyat zamanı onlar Şeyx Cəfərin arterial təzyiqinin də aşağı olduğunu görürlər və bu da öz növbəsində ona qan köçürməyə ehtiyac olmamasına işarə idi. Şeyx Cəfər Müctehidi palataya köçürüldükdən sonra gözlərini açır və həmin həkimi yanında müşahidə edir. Həkim isə öz növbəsində bunun necə baş verməsindən dolayı heyrət içində Şeyx Cəfərə baxırdı. Bu zaman Şeyx Cəfərin dostlarından biri ona deyir: "Gördüz ki, narkoza və qa köçürməyə ehtiyac olmadı? Şeyx Cəfər xariquladə bir şəxsdir. Allah adamları adi adamlardan fərqli olurlar". Həkim isə Şeyx Cəfər Müctehidini tanımadığından dolayı üzr istəyərək deyir: "İndi anladım ki, Şeyx Cəfər Müctehidi nəyə görə bu ağır əməliyyat zamanı narkoz qəbul etməsini və qan köçürülməsini istəməmiş və əlimi əlinə alaraq "Nadi Əli" duasından zikrlər oxumuşdur. O istəyirdi ki, bununla mənə kəramət əhlinin nəyə qadir olduğunu başa salsın və mən onlar barəsində bir daha tərəddüd etməyim". Qeyd edək ki, Şeyx Cəfər Təbrizidən başqa mərhum Əllamə Təbatəbai də gözündə keçirilən əməliyyatı narkozsuz keçirilməsinə israr etmiş və 18 dəqiqə çəkən əməliyyat zamanı Quran ayələrini zikr edərək, həmin müddət ərzində əməliyyat olunan gözünü bir dəfə belə qırpmamışdı. Həqiqətən Allah adamları adi adamlardan fərqlənirlər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Aprel, 2012 06:03 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |