|
|
Milli Kitabxanada “Qarabağ xalçaları” sərgisi açılıbQarabağ Azərbaycanın qədim tarixi bölgələrindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın ən mühüm özəlliklərindən biri özünəməxsus xalçaçılıq məktəbinin formalaşmasıdır. Qarabağ xalçalarının motivləri öz bədii dəyərinə və təsvirinin orijinallığına görə bənzərsizdir. Qarabağ xalçaları və xalça kompozisiyası əsasında toxunan tikmələr bu gün dünyanın bir çox ölkələrində yaşayan kolleksionerlərin və muzeylərin sənət əsərləri içərisində ən dəyərli, nadir incilər kimi saxlanılır və nümayiş edilir. Bu inciləri virtual istifadəçilərə çatdırmaq məqsədilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Qarabağ xalçaları” adlı onlayn sərgi hazırlayıb. Ahlibeyt.az-ın məlumatına görə, kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Qarabağın ən qədim xalçaları, onların təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb. Sərgi Azərbaycan və ingilis dillərində təqdim olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Qarabag_xalcalari/index.htm linkindən istifadə edə bilərlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Oktyabr, 2020 11:23 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |