|
|
Azərbaycanın Xarici İşlər naziri ilə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri arasında telefon danışığı olubOktyabrın 11-də Azərbaycan tərəfinin təşəbbüsü ilə Xarici İşlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer arasında telefon danışığı olub. Ahlibeyt.az-ın xəbərinə görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında bildirilir ki, nazir Ceyhun Bayramov azərbaycanlı mülki şəxslərin və obyektlərin humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra da Ermənistan tərəfindən qəsdən atəşə tutulması barədə qarşı tərəfi məlumatlandırıb. Nazir humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra Ermənistan silahlı qüvvələrinin cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində etdiyi hücum cəhdi, erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması və təmas xəttindən uzaq yerləşən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmasını diqqətə çatdırıb. Mülki əhali arasında həyatını itirən və yaralanan şəxslər barədə qarşı tərəfə məlumat verilib. Nazir bölgədə yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərində olduğunu bildirib. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer bölgədəki gərginliyin humanitar atəşkəsin əldə olunmasından sonra da davam etməsinin ciddi narahatlıq doğurduğunu bildirib və məsələnin həlli üzrə siyasi dialoqun zəruriliyini vurğulayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Oktyabr, 2020 08:30 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |