|
• DünyadaAyətullah Xameneinin nümayəndəsi:Son qazanılmış qələbələrə görə böyük Azərbaycan millətini təbrik edirik“Azərbaycan dövlətinin qəsb olunmuş ərazilərini geri almaq üçün atdığı addım kamil şəkildə şəri və qanunidir. Beynəlxalq hüquqlara əsasən hər dövlətin öz ərazisini qorumaq üçün müdafiə və digər dövlətlərdən kömək almaq hüququ vardır.” Ahlibeyt.az Salamnews-a istinadən xəbər verir ki, bunu İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneinin Ərdəbil əyaləti üzrə nümayəndəsi Seyyid Həsən Amili deyib. Rəsmi Teleqram səhifəsi vasitəsilə Qarbağ döyüşlərinə münasibət bildirən Ayətullah Xameneinin nümayəndəsi vurğulayıb ki, qəsb edilmiş torpaqlarını geri almaq Azərbaycan Respublikasının şəriət və qanuni baxımdan haqqıdır. “Biz islamçı İran və inqilabın fəlsəfəsi olaraq məzlumu müdafiə etməyi və zalımla mübarizə aparmağı öz dini, insani və islami vəzifəmiz bilirik. Bu üzdən son qazanılmış qələbələrə görə böyük Azərbaycan millətini təbrik edirik”, deyə Seyyid Həsən Amili Qarabağın tamamilə azad edilməsini Allahdan arzu etdiyini bildirib. Həmçinin İranın Ali lideri Ayətullah Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi höccətül-islam Seyid Ocaq Nicat “Sahar” telekanalı vasitəsilə Qarabağda gedən döyüşlərlə bağlı verdiyi bəyanatında bildirib ki, İran bu məsələdə Azərbaycanın yanındadır: "İran Azərbaycanın ərazibütövlüyünü dəstəkləyir. İran həmişə müharibənin əvvəlindən indiyə qədər Azərbaycanın yanında olub. İran bundan sonra da necə lazım olsa Azərbaycanın yanındadır", deyə höccətül-islam Ocaq Nicat Azərbaycanın şəhid ailələrinə başsağlığı verib və ordunun irəliləməsinə görə ölkə xalqına təbrik deyib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Sentyabr, 2020 10:52 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |