|
|
Prezidentin köməkçisi: “Murov zirvəsi və ətraf yüksəkliklərin azad edilməsi Azərbaycan Ordusuna böyük strateji üstünlüklər verir”Cəbhənin Goranboy istiqamətində Murovdağ silsiləsindəki Murov zirvəsi azad olunub”. Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, bunu sentyabrın 27-də keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib. A. Eyvazov deyib ki, əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə nəzərə çatdırıb ki, Murov zirvəsi ətrafındakı digər yüksəkliklər də azad edilib: “Bu da Azərbaycan Ordusuna böyük strateji üstünlüklər verir”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Sentyabr, 2020 19:35 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |